525.Az

Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinə həsr olunan konfrans keçiriləcək


 

Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinə həsr olunan konfrans keçiriləcək<b style="color:red"></b>

Dekabrın 25-də “Azərbaycanın ədəbi, mədəni və ictimai-siyasi həyatının fədaisi: Əbdürrəhim bəy Haqverdiyev 150” mövzusunda onlayn konfrans keçiriləcək.

Mədəniyyət Nazirliyindən 525.az-a bildirilib ki, konfrans Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyi münasibəti ilə təşkil olunur.

Konfrans “UNESCO-nun 2020–2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı” çərçivəsində Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Konfrnas saat 11:00-da Mədəniyyət Nazirliyinin rəsmi “Youtube” kanalı vasitəsilə canlı yayımlanacaq.

 





24.12.2020    çap et  çap et