525.Az

Azad olunmuş abidələrimiz haqqında videoməlumat hazırlanır


 

Azad olunmuş abidələrimiz haqqında videoməlumat hazırlanır<b style="color:red"></b>

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının İnformasiya-resurs şöbəsi işğaldan azad olunmuş ərazilərdəki tarixi, mədəni və dini abidələrimiz haqqında videoməlumat hazırlamağa davam edir.

İdarədən 525.az-a bildirilib ki, növbəti videoməlumat erməni işğalçılar tərəfindən vəhşicəsinə darmadağın edilən Ağdam Çörək Muzeyi haqqındadır. Ağdam Çörək muzeyi Şərqdə ilk, dünyada isə ikinci idi. İdeyası 1982-ci ildə rayon partiya komitəsinin birinci katibi işləmiş Sadıq Murtuzayevə məxsusdur. Videoçarxda muzeyin tarixi, eksponatları haqqında ətraflı məlumat verilir.

Qeyd edək ki, 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib. Ağdam rayonu bu il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat nəticəsində işğaldan azad olundu. Bu bəyanat Azərbaycanın qələbəsidir, torpaqlarımızın qayıtmasıdır, bayrağımızın ucaldılmasıdır. Videoməlumatda Ağdam Çörək Muzeyinin erməni işğalçılar tərəfindən dağıdılmış son fotosu da təqdim olunur. Həmçinin, İlqar Əsədovun arxivində olan videodan istifadə olunub.

 





22.12.2020    çap et  çap et