525.Az

Karantin dövründə gənc musiqiçilər üçün onlayn müsabiqə


 

Karantin dövründə gənc musiqiçilər üçün onlayn müsabiqə<b style="color:red"></b>

Karantin dövründə yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə "Notların möcüzəsi" adlı onlayn musiqi müsabiqəsinə start verilir.

525.az xəbər verir ki, müsabiqənin məqsədi Azərbaycan bəstəkarlarının retro musiqilərinin müasir zövqü oxşayacaq yeni ifa tərzlərini ərsəyə gətirmək və gənc virtuoz musiqiçiləri üzə çıxarmaqdır.

İstedadına güvənən gənclər - tələbələr, musiqi təhsili olmayan istedadlı ifaçılar həmçinin, musiqi kollektivləri ölkənin istənilən yerindən onlayn şəkildə müsabiqəyə qatıla, musiqi alətlərində instrumental ifalarını nümayiş etdirə bilər. Müsabiqədə iştirak etmək istəyən gənclər öz ifalarını 2021-ci il yanvarın 24-dək videogörüntü şəklində [email protected]  elektron poçt ünvanına təqdim etməlidirlər.

Müsabiqə şərtləri və qaydaları haqqında daha ətraflı məlumatı müsabiqənin sosial şəbəkədəki "Facebook" hesabından (https://www.facebook.com/notlarinmocuzesi) əldə etmək olar.

Uşaq və Yeniyetmələrə Dəstək İctimai Birliyi tərəfindən elan olunan müsabiqə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə icra olunan "Notların möcüzəsi" gənc virtuozlar layihəsi çərçivəsində həyata keçirilir.

Layihə çərçivəsində, həmçinin Azərbaycan bəstəkar musiqilərinin sosial şəbəkə istifadəçiləri arasında təbliğ edilməsi məqsədilə musiqi animasiyalarının hazırlanması da nəzərdə tutulur.

 





23.12.2020    çap et  çap et