Fransanın dünyaca məşhur "Mezzo" kanalında tam bir ay ərzində görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Hacı Xanməmmədov və Arif Məlikovun əsərlərindən ibarət konsert yayımlanacaq.
525.az xəbər verir ki, konsertin dirijoru Əməkdar artist Fuad İbrahimov, solist tanınmış tarzən, Əməkdar artist Sahib Paşazadədir. Onları Yevgeniy Svetlanov adına Rusiya Dövlət Akademik Simfonik Orkestri müşayiət edəcək.
Dekabrın 21-dən başlayan canlı efirlər 2021-ci il yanvarın 21-nə kimi davam edəcək.
ŞAHANƏ