https://525.az/img/pics/medium/2024-04/311122_b1hfkgacxz.jpg Birinci siniflərə şagird qəbulu: prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/311123_csv76oo4sq.jpg "Əliağa Vahidin portreti" - "Bir rəsmin dedikləri"
https://525.az/img/pics/medium/2023-01/254306_1w7hj89oq4.jpg Sabirin təyyarəyə mindirmək istədiyi adamlar - Rafael Hüseynov yazır
search
24 Aprel 2024

Ağdamdakı hərbçilərə sovqat çatdırılıb

Ağdamdakı hərbçilərə sovqat çatdırılıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsinin işğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçulara dəstək aksiyası davam edir.

525.az-ın APA-ya istinadən məlumatına görə, aksiya çərçivəsində bu gün Ağdam rayonu ərazisində hərbi xidmətini davam etdirən hərbi qulluqçulara içərisində ərzaq məhsulları, müxtəlif gigiyena və fərdi qulluq vasitələri olan bağlamalar təqdim olunub.

“Bravo” supermarketlər şəbəkəsinin əməkdaşları bağlamaları hərbçilərə çatdırıb, həmçinin onların ehtiyacları və istəkləri ilə maraqlanıb, müvafiq qeydlər aparıblar.

Əsgər və zabitlər diqqət və qayğıya, habelə orduya dəstəyə görə Birinci vitse-prezident Mehriban Əliyevaya, Heydər Əliyev Fonduna və “Bravo” supermarketlər şəbəkəsinə minnətdarlıqlarını bildiriblər.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.