525.Az

AzTV Şuşada yayıma başladı - Foto


 

AzTV Şuşada yayıma başladı - <b style="color:red">Foto</b>

Teleməkanda ilk dəfə olaraq Şuşada yayıma Azərbaycan Televiziyası (AzTV) başlayıb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən 525.az-a verilən xəbərə görə, Şuşada Azərbaycan Televiziyasına baxmaq və 105 FM radiosunu dinləmək mümkündür.

“Müharibə bitdikdən bir neçə gün sonra televiziyamızın yayımını bərpa etmək üçün işlərə başladıq. Ötürücü avadanlıqlar quraşdırıldı və həmin günlərdən TV-yə Şuşada baxmaq və radionu dinləmək mümkün oldu. Əsas məqsədimiz işğaldan azad olunmuş bütün torpaqlarımızda tezliklə yayımı bərpa etməkdir”, - deyə, şöbədən bildirilib.

Bundan başqa, AzTV-nin Şuşa bürosunun yaradılması da nəzərdə tutulur.

 





25.12.2020    çap et  çap et