525.Az

Müdafiə naziri Anjey Kaspşiklə təmas xəttindəki vəziyyəti müzakirə edib


 

Müdafiə naziri Anjey Kaspşiklə təmas xəttindəki vəziyyəti müzakirə edib<b style="color:red"></b>

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki qəbul edib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Görüşdə qoşunların təmas xəttindəki mövcud vəziyyət, keçirilən monitorinqlərin nəticələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı vəziyyət və danışıqların perspektivləri barədə fikir mübadiləsi aparılıb.

 





20.02.2014    çap et  çap et