Tarixə yazdı adını,
Duyduq zəfərin dadını.
Uca tutdu öz Andını
Ali Baş Komandanımız
Yaşasın Azərbaycanımız.
Verdiyi sözləri tutdu,
Göz yaşımızı qurutdu,
Yaslı qəlbləri ovutdu
Ali Baş Komandanımız!
Yaşa, Azərbaycanımız!
Xalqı ona hər an dəstək,
Güldü milyonlarla ürək.
Arzuları etdi gerçək
Ali Baş Komandanımız!
Yaşa, Azərbaycanımız!
Yağıları saldı oda,
Cahana düşdü bu səda,
Şüar dedi, qoydu nida
Ali Baş Komandanımız!
Yaşa, Azərbaycanımız!
Azad edib Qarabağı
Ucaltdı şanlı Bayrağı!
Yaratdı bu xoş növrağı
Ali Baş Komandanımız!
Yaşa, Azərbaycanımız!
İşi haqdır, əməli nur,
Xalqına bəxş edir uğur.
Ordusuyla duyur qürur
Ali Baş Komandanımız!
Yaşa, Azərbaycanımız.
Həm sərkərdə, həm diplomat,
Düşmənləri eylədi mat.
Deyir: "Vətən olsun abad" -
Ali Baş Komandanımız!
Yaşa, Azərbaycanımız!
Ülvi AYDIN
BDU-nun doktorantı
çap et