Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının sabiq direktorunun evi yanıb.
Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Qazax rayonun Daş Salahlı kəndində qeydə alınıb. Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının sabiq direktoru İsa Veyisova məxsus iki mərtəbəli ev yanaraq yararsız hala düşüb. Yanğın baş verən zaman evdə heç kim olmayıb.
Yanğının baş vermə səbəblərini müəyyən etməkdən ötrü evdə quraşdırılmış təhlükəsizlik kameraları ilə qeydə alınmış görüntülər polisə təqdim edilib. Yanğının qəsdən törədildiyi də istisna edilmir.
Hazırda faktla bağlı araşdırma aparılır.
çap et