525.Az

"Kitabxanalarda İnformasiya Texnologiyaları" çapdan çıxıb


 

"Kitabxanalarda İnformasiya Texnologiyaları" çapdan çıxıb<b style="color:red"></b>

Müasir dövr Azərbaycanda informasiya texnologiyalarının tətbiqinə əsaslanan cəmiyyətin informasiyalaşdırılması prosesi bir sosial sifariş olaraq sürətlə davam edir. Bunun nəticəsində cəmiyyətimiz öz inkişafının yeni mərhələsinə - informasiya və biliklər cəmiyyəti quruculuğuna qədəm qoymaqdadır.

İnformasiya və biliklər cəmiyyətində informasiya və biliklər keyfiyyətcə yeni əhəmiyyət kəsb etməklə ictimai istehsalın mühüm və ən qiymətli resurslarından birinə çevrilir, insan fəaliyyətinin bütün sahələrində informasiya məhsullarının və xidmətlərinin yüksək inkişafı tələb olunur.

Belə bir dövrdə bu tip yenilikləri tədris edəcək kitabların, vəsaitlərin tərtibinə böyük ehtiyac duyulur. 2020-ci ildə Respublika Gənclər Kitabxanasının "Kitabxanalar virtual məkanda" layihəsi əsasında yaradılmış mütəxəssislər qrupunun hazırladığı sayca 5-ci kitab - "Kitabxanalarda İnformasiya Texnologiyaları" kitabı işıq üzü görüb. Bundan öncə bu layihə çərçivəsində 4 elmi-təcrübi vəsait - "Kitabxanalarda internet forumların keçirilməsinin metodikası", "Elektron kitabxanalar" və "Şəhər əhalisinə kitabxana-informasiya xidmətinin təşkili", "Kitabxana-informasiya sistemləri" adlanan kitablar çap edilib.

Müəllifləri Azad Qurbanov, Pərviz Kazımi və Oruc Quliyev olan "Kitabxanalarda İnformasiya Texnologiyaları" kitabı kitabxana informasiya fəaliyyəti ilə məşğul olan oxucular, müvafiq ixtisas üzrə təhsil alan ali və orta ixtisas tələbələri üçün nəzərdə tutulub.

Kitabda müxtəlif informasiya texnologiyalarının nəzəri əsaslarını, şəbəkə, multimediya, informasiya təhlükəsizliyi haqqında sadə və anlaşılan dildə məlumatlar verilib.
 
Kitab, həmçinin, Azərbaycan kitabxanalarını beynəlxalq standartlara uyğun modernləşdirmək üçün zəruri olan müvafiq proqram, texniki və informasiya təminatları ilə zəngindir. Kitab oxuculara informasiya texnologiyaları sahəsində olan yeniliklərlə tanış edə biləcək universal vəsaitdir.

 





26.12.2020    çap et  çap et