525.Az

İki cizgi filmi surdotərcümə formatında hazırlanıb


 

İki cizgi filmi surdotərcümə formatında hazırlanıb<b style="color:red"></b>

Eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlar üçün “Mənim balaca şahzadəm” və “Çətin məsələ” cizgi  filmlərinin surdotərcümə formatında hazırlanıb.

525.az xəbər verir ki, Bu barədə İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə məlumat verib.

Onun verdiyi məlumata görə, filmin surdotərcümə versiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlar üçün kütləvi informasiya vasitələri vasitəsilə surdoloji maarifləndirmə xidmətlərinin aparılması” layihəsi çərçivəsində hazırlanıb.

Eyni zamanda, filmin surdotərcümə versiyası 150 nüsxə DVD disk formatında çoxaldılaraq uyğun şəxslər və müəssisələr arasında pulsuz paylanılacaq.

 

 





28.12.2020    çap et  çap et