Millət vəkilləri Tahir Rzayev, Azər Badamov və Fazil Mustafa Cənubi Afrika Respublikasina (CAR) səfərləri çərçivəsində bu ölkənin parlamentinin komitə sədri Nomalungelo Gina ve aparat işçiləri ilə görüşüblər.
525.az xəbər verir ki, millət vəkilləri görüş zamanı Azərbaycan parlamentinin fəaliyyəti, ölkədə gedən sosial- iqtisadi inkisaf, hər iki ölkənin qarşılıqlı əməkdaşlıgının möhkəmləndirilməsinin zəruriliyindən danısıblar.
Həmçinin, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, Xocalı soyqırımı haqqında afrikalı millət vəkilləri məlumatlandırılıb, qarşılıqlı maraq doguran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.
CAR parlamentinin komitə sədri azərbaycanlı deputatlarla görüşdən məmnun oldugunu bildirib və əlaqələrin daha da möhkəmləndirilməsi üçün öz parlamentlərində təkliflərlə cıxış edəcəklərini bildirib.
Sonra Azərbaycan deputatları ölkə parlamentinin işi ilə tanış olub və iclasların birinin gedişini izləyiblər.
Qeyd edək ki, millət vəkillərinin CAR -a səfəri davam edir.
K.Həmzəoğlu
çap et