525.Az

Tuğ kəndində xidmət aparan hərbçilərə bayram sovqatı çatdırılıb


 

Tuğ kəndində xidmət aparan hərbçilərə bayram sovqatı çatdırılıb <b style="color:red"></b>

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsinin işğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçulara dəstək aksiyası çərçivəsində növbəti tədbir bu gün Xocavənd rayonunda baş tutub.

525.az-ın APA-ya istinadən məlumatına görə, rayonun işğaldan azad edilmiş Tuğ kəndində xidmətini davam etdirən hərbçilərə bu gün bayram sovqatı çatdırılıb.

Azərbaycan hərbçilərinə müxtəlif qida məhsulları, gündəlik tələbat malları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bağlamalar təqdim olunub.

“Bravo” supermarketlər şəbəkəsinin bağlamaları çatdıran əməkdaşları əsgər və zabitlərin ehtiyacları və istəkləri ilə maraqlanıb, müvafiq qeydiyyat aparıblar.

Əsgər və zabitlər diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, ordunun təminatının daha da yaxşılaşdırılması məqsədilə həyata keçirilən dəstək aksiyasını yüksək qiymətləndiriblər.

 





29.12.2020    çap et  çap et