525.Az

Nazirliyin dəstəyi ilə video roliklər surdotərcümə formatında hazırlanıb


 

Nazirliyin dəstəyi ilə video roliklər surdotərcümə formatında hazırlanıb<b style="color:red"></b>

Eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 maarifləndirici  video rolik surdotərcümə formatında hazırlanıb.

525.az xəbər verir ki, video roliklərin surdotərcümə versiyaları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən “Eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlar üçün kütləvi informasiya vasitələri vasitəsilə surdoloji maarifləndirmə xidmətlərinin aparılması” layihəsi çərçivəsində hazırlanıb.

“Bu payız xüsusilə sağlamlığımızın qayğısına qalaq. Mövsümi qripə qarşı peyvənd”, “Gəlin həyatımızı sağlam yaşayaq!”, “Mövsümi qriplərə qarşı tədbirli olmalıyıq”, “Qripə qarşı tədbirli olun”, “Qripə yoluxmamaq üçün tövsiyələr”, “Qrip virusu ilə bağlı məsləhətlər”, “Tütündən imtina et!” adlı video roliklər sağlam həyat tərzini, qrip və viruslardan qorunmağı təbliğ edir.

Video roliklərin surdotərcümə versiyaları sosial şəbəkələr vasitəsi ilə yayımlanacaq. 

 





30.12.2020    çap et  çap et