525.Az

Koronavirusa qarşı peyvənd olmalıyıqmı?


 

Koronavirusa qarşı peyvənd olmalıyıqmı? <b style="color:red"></b>

Yeni növ koronavirusa qarşı hazırlanmış peyvəndlər dünyada 1.76 milyon insanın ölümünə səbəb olan pandemiyanı dayandırmaq üçün ən doğru xilasetmə üsuludur.

90-95 faiz təsirli olduğu elan edilən Pfizer/BioNtech, Moderna, SinoVac və Sputnik V peyvəndləri ilə ABŞ, Çin, Almaniya, İngiltərə, Kanada, İsrail, Bəhreyn və Rusiya daxil olmaqla indiyədək 3,5 milyon insanın peyvənd edildiyi təxmin edilir. Alimlər cəmiyyətdə ümumi immuniteti təmin etmək üçün əhalinin ən azı 60-70 faizinin peyvənd vurdurmalı olduğunu açıqlayıblar. Beləliklə, dünyadakı təqribən 4,5 milyard insanın vaksinasiya edilməsinə ehtiyac var. Bu səbəbdən peyvənd insanların özlərini və yaxınlarını qorumaq, iqtisadi itkiləri minimuma endirmək və sosial rifahı təmin etmək üçün şəxsi seçimdən daha çox insani bir vəzifədir. Koronavirus peyvəndi almaq üçün əsaslı səbəblərdən bir neçəsinə nəzər salaq:

- Yeni növ koronavirusuna qarşı hazırlanan peyvəndlər tarix boyu yaradılıb inkişaf etdirilən digər peyvəndlərdən daha yüksək bir texnologiyaya və biliyə əsaslanır. Bu baxımdan əvvəlkilərdən daha təhlükəsiz hesab edilir. Bundan əlavə, hazırda dünyada müxtəlif yaşda və etnik qruplarda olan on minlərlə insana klinik sınaqlar aparılır və nəticələr peyvəndlərin yalnız yüngül yan təsirlərinə malik olduğunu göstərir. Mütəxəssislər, Pfizer/BioNtech, Moderna və Sinovac peyvəndinin, effektivlik nisbətlərini 90-95 faiz arasında olduğunu və əvvəllər müxtəlif xəstəliklər üçün hazırlanmış peyvəndlərdən qat-qat yüksək olduğunu bildirirlər. Bu o deməkdir ki, aşılanan 10 nəfərdən ən az 9-u xəstələnməyəcək.

- COVİD-19 daxil olmaqla, peyvəndlə qarşısı alınan bütün xəstəliklər risklidir. "Our World in Data"nın məlumatlarına görə, 1990-2017-ci illər arasında peyvəndlə qarşısı alınan xəstəliklərdən belə təxminən 1,5 milyon nəfər ölüb. Bu xəstəliklərə vərəm, qızılca, Hepatit B, Hemofiliya, qripin B tipi, meningit, sarı qızdırma, difteriya və s. kimi xəstəliklər daxildir.

- Sağlam qidalar yemək, idman etmək və gündəlik sağlamlıq tədbirləri kimi, peyvəndlər də insanların sağlam olmasında mühüm rol oynayır. Peyvəndlər mövcud əlverişli və təhlükəsiz qoruyucu profilaktika növüdür. Alimlər hazırda yeni koronavirusun ikinci bir infeksiyaya qarşı hansı səviyyədə qorunma təmin etdiyini bilmirlər, amma peyvəndlərin bu virusa yoluxan hər 10 nəfərdən 9-nu qoruduğu açıqdır. Digər tərəfdən, COVİD-19-u şansa buraxmaq həm sağ qalan, həm də ətrafdakı insanlar üçün ölümcül ola bilər.

Qeyd edək ki, tədqiqatçılar xəstəliyə qarşı ümumi immuniteti inkişaf etdirmək üçün əhalinin 60-70 faizinin peyvən edilməli olduğunu bildirirlər.

Afaq RZA

 





30.12.2020    çap et  çap et