525.Az

COVID-19-un müalicəsində qan durulducudan niyə istifadə olunur?


 

COVID-19-un müalicəsində qan durulducudan niyə istifadə olunur?<b style="color:red"></b>

İngiltərədə aparılan araşdırmalar, koronavirusun insult riskini 6 dəfə artırdığını ortaya çıxarıb. Eyni zamanda, infarkt və qanqrena hallarında da artım var. Bütün bunların səbəbi COVİD-19-un xüsusilə tromboembolizm (damarlarda qan tökülməsi, laxtalanma) meylini artırmasıdır.

Koronavirus xəstələrində D-dimer dəyərlərinin artdığını deyən həkimlər, bu müddətdə qan durulaşdırıcı maddələrin istifadəsinin çox vacib olduğunu bildirirlər. Təəssüf ki, taclı virusda tromboembolizm dediyimiz laxtalanma meyli çox yüksəkdir və ölüm səbəbləri baxımından az qala birinci hesab edilir. Ümumiyyətlə, dünyada koronavirus pandemiyası ortaya çıxmağa başladığı zamandan, ayaqlarında qanqrena, qol damarlarının və ya şah damar arteriyasının tıxanmasına görə, iflic olan bir çox xəstə müraciət etməyə başlayıb.

Həkimlər bildirir ki, laxtalanmanın qarşısını alan qan durulducular koronavirus müalicəsində böyük rol oynayır, ancaq onlar şüursuz qəbul edilməməlidir. COVİD-19-a qədər qan durulducu qəbul edən damar xəstələrində tromboembolizm və ya laxtalanma riskinin qan durulducu qəbul etməyənlərə nisbətən çox aşağı olduğu müəyyən edilib. Bu səbəbdən koronavirus xəstəsi olan hər kəsin müalicə əsnasında qan sulandıran dərman qəbul etməsi vacibdir. Qeyd edək ki, D-dimer səviyyəsi 600-dən yuxarı olanlar göbəkdən qan sulandırıcı iynə vurdura bilərlər. Bu, qanda və ciyərlərdə laxtalanmanın qarşısını alacaqdır. 

Afaq RZA

 





30.12.2020    çap et  çap et