525.Az
Şahin Mustafayevin müavinlərinin sayı artırıldı
Prezident İlham Əliyev İqtisadiyyat və Sənaye Nazirliyinin əsasnaməsinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Lent.az-ın məlumatına görə, sərəncama əsasən, nazirliyin fəaliyyət istiqamətləri, vəzifələri, fəaliyyətinin təşkili müəyyən edilib.
Həmçinin nazirliyin aparatının işçilərinin (384 ştat vahidi), Sahibkarlığa Kömək Milli Fondunun (50 ştat vahidi) və eləcə də İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin işçilərinin say həddi (172 ştat vahidi)müəyyən olunub.
Nazirin müavinlərinin sayı 3-dən 5-ə qədər çatdırılıb.
Onu da qeyd edək ki, vaxtı ilə İqtisadi İnkişaf Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu da İqtisadiyyat və Sənaye Nazirliyinin tabeliyində fəaliyyətini davam etdirəcək.
21.02.2014
çap et