525.Az

Bir gündə nə qədər sitrus meyvəsi yeməliyik?


 

Bir gündə nə qədər sitrus meyvəsi yeməliyik?<b style="color:red"></b>

Koronavirus pandemiyası dövründə insanlar mandarin, kivi, banan, portağal kimi sitrus meyvələrini bol-bol qəbul edir. Bu, insanlarda həm təbii qida baxımından, həm də onların tərkibindəki C vitamini olduğunu düşünərək orqanizmi gücləndirmək niyyətilə bağlıdır. Lakin dietoloqların fikrincə, sitrus meyvələrini gün ərzində qəbul edilən norma daxilində yemək lazımdır.

Sağlam, böyük insan gündə cəmi 3 ədəd mandarin yeyə bilər. Əgər ürəyi çox istəyirsə, yalnız 5 saatdan sonra 1-2 ədəd də yemək olar. Həmçinin, gün ərzində bir portağal orqanizm üçün kifayətdir.

- Sitrus meyvələrinin özünü yemək şirəsini içməkdən daha uyğundur. Çünki yalnız meyvədə lazımi maddələr olur.

- Azyaşlı uşaqlara isə 1 mandarin, 1-2 portağal dilimi normadır.

- Mədə-bağırsaq selikli qişasında problem olanlar, allergiyalı insanlar, diabet xəstələri hər gün sitrus yeməməlidir. Onlarda norma 2 dəfə azdır.

- Meyvələrin şirəsini içdikdə qana qlükoza az sıçrayır.

- Sitrus meyvələri acqarına yemək olmaz.

- Onlar yeməkdən yarım saat sonra yeyilməlidir.

Ekspertlər uşaqlarla daha ehtiyatlı olmağı tövsiyə edir. Çünki sitrus meyvəsi yedikdə, şirəsini içdikdə toxluq hiss olunmur, qanda qlükoza kəskin artır, insulin yüksəlir, yarım saat sonra insan acıyır. Bu da uşaqlarda maddələr mübadiləsini və insulin sintezini pozur.

Afaq RZA

 





30.12.2020    çap et  çap et