525.Az

Türkiyədə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd edildi


 

Türkiyədə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd edildi<b style="color:red"></b>

Yeni növ koronavirus (COVID-19) infeksiyasının məhdudiyyətləri ilə əlaqədar kütləvi tədbirlərin keçirilməsi mümkün olmasa da, Türkiyədə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü zəfər proqramı ilə qeyd edilib.

525.az xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatında (TÜRKSOY) qardaş türkdilli ölkənin tanınmış sənətçilərinin iştirakı ilə reallaşan proqramda Azərbaycan musiqisi səsləndirilib.

Konsertdən sonra TÜRKSOY-un Baş katibi Düsen Kaseinov ifaçılara xatirə plaketləri təqdim edib.

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi zəfərindən ilham alan sənətçilər konserti öz təşəbbüsləri ilə təşkil ediblər. Konsertdə həm ölkəmizdə, həm də Türkiyədə sevilən xalq mahnılarımız və korifey bəstəkarlarımızın unudulmaz əsərləri ifa olunub.

 





31.12.2020    çap et  çap et