525.Az

Anarın ədəbi fəaliyyətinin 60 illiyi münasibətilə film çəkildi - Video


 

Anarın ədəbi fəaliyyətinin 60 illiyi münasibətilə film çəkildi - <b style="color:red">Video</b>

Real Televiziyası Xalq yazıçısı Anarın ədəbi fəaliyyətinin altmış illiyi münasibətilə “Keçən ilin son gecəsi” adlı sənədli film çəkib.

525.az xəbər verir ki, sənədli filmdə Xalq yazıçısı yaradıcı xadim deyil, ictimai-siyasi müstəvidən təqdim olunur. 

Anarın 1988-ci ilin Meydan hadisələri zamanı məktubunun  oxunması, 20 yanvar hadisələri ilə bağlı o vaxtkı Sovet rəhbərliyini açıq-aşkar qınaması, müstəqillik illərində Azərbaycanın ictimai həyatında əhəmiyyətli rol oynaması və digər məqamlar öz əksini tapıb.

24 dəqiqəlik filmin müəllifi və rejissoru Kamran Qasımov, operatorları Azər Qarayev, Elxan Hüseynov və Məhəmməd Zeynalovdur.
 
Filmin baş redaktoru Səbinə Ağayevadır.

Filmdə Xalq şairi Sabir Rüstəmxanlı, Xalq yazıçısı Aqil Abbas, millət vəkili Fazil Mustafa, jurnalist-publisist Nəsiman Yaqublu, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid çıxış edirlər. Filmin ilk nümayişi 30 dekabr 2020-ci il tarixdə Real Televiziyasında baş tutub.

 





01.01.2021    çap et  çap et