525.Az

Hava şəraiti dəyişəcək


 

Hava şəraiti dəyişəcək<b style="color:red"></b>

Azərbaycanda hava şəraiti nisbətən dəyişəcək, temperatur bir neçə dərəcə enəcək və hava yağıntılı olacaq.
Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinə görə, fevralın 22-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə yağıntı olacaq. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 6-8 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da fevralın 22-də hava bəzi yerlərdə yağıntılı olacaq. Mülayim qərb küləyi əsəcək. Dağətəyi və dağlıq rayonlarda qar yağacaq.

Aran rayonlarında havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti olacaq. Dağlarda temperatur gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 0-5 dərəcə isti təşkil edəcək.
Fevralın 23-nə də eyni hava şəraiti proqnozlaşdırılır.

 





21.02.2014    çap et  çap et