525.Az

Roma papasının futbol sevgisi


 

Roma papasının futbol sevgisi<b style="color:red"></b>

Katolik Kilsəsinin lideri Papa Fransisk, uşaqlıq vaxtı futbola olan həvəsindən və bu oyundan öyrəndiyi həyat dərslərindən bəhs edərək, məğlub olmağın qazanmağın yanında "qələbə" ola biləcəyini söyləyib.

525.az xarici mediaya istinadən xəbər verir ki, İtaliyada nəşr edilən "la Gazzetta dello Sport" idman qəzetinə uzun bir müsahibə verən Papa Fransisk, futbol matçlarının verdiyi xoşbəxtlikdən, məmləkəti Argentinada stadiona getməyindən danışıb.



“Buenos Aires”in futbol komandalarından biri olan “San Lorenzo”nu dəstəkləməsi ilə tanınan Papa, komandanın keçmiş stadionu “El Gasometro”ya ailəsi ilə bir oyun izləməyə getdiklərini də söyləyib:

"Uşaqlıqda ailəmlə El Gasometro stadionuna getdiyimiz zamanı çox yaxşı və böyük məmnuniyyətlə xatırlayıram. Xüsusilə 1946-cı ildə San Lorenzonun qazandığı çempionluğu xatırlayıram. Futbolçuların oyununu izlədiyim günləri və uşaqların evə qayıtdıqları xoşbəxt anları xatırlayıram. Üzümüzdə sevinc və xoşbəxtlik, qanımızda adrenalin var idi”.

 





03.01.2021    çap et  çap et