525.Az

Məşhur video oyunun görünməyən tərəfləri


 

Məşhur video oyunun görünməyən tərəfləri<b style="color:red"></b>

Ukrayna istehsalı bir video oyunda ölkənin Rusiyanın dəstəklədiyi üsyançıların və Ukrayna qüvvələrinin illərdir döyüşdüyü, separatçıların nəzarətində olan şərq hissəsində bir əsgərin gündəlik rejimini təsvir edilib.

525.az xarici mediaya istinadən xəbər verir ki, oyun müharibədən sonrakı travma ilə mübarizə aparan əsgərlərin çətinliklərinin başa düşülməsinə kömək etmək məqsədi daşıyır. Video oyunlar adətən şiddət, müharibə və qan ehtiva edir.

Ancaq vizual hekayə qurucusu və video oyun dizayneri Alexey Furman tərəfindən yazılan "Qayıdış nöqtəsi" digər oyunlar kimi deyil.

Layihənin məqsədi müharibə bölgəsində olmayanların ön cəbhədə əsgərlərin təcrübələrini öyrənmələrinə və müharibə veteranlarının yaxınlarının onların yaşadıqlarını anlamalarına kömək etməyə yönəlib.

El Roman

 





03.01.2021    çap et  çap et