525.Az

Türkiyədə zəlzələ oldu


 

Türkiyədə zəlzələ oldu<b style="color:red"></b>

Türkiyədə Elazığın Sivrice rayonunda  4,1 gücündə zəlzələ olub.

525.az-ın Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadla verdiyi xəbərə görə, zəlzələ yerli vaxtla saat 17:17-də yerin 8,5  kilometrliyində qeydə alınıb.

Təkanlar ətraf rayonlarda da hiss edilib.

Qeyd edək ki,  keçən  il yanvarın 24-də Elazığın Sivrice rayonunda 6,8 gücündə zəlzələ olub, 41 nəfər ölüb, 1466 nəfər yaralanıb.

 





03.01.2021    çap et  çap et