525.Az

Türkiyədə son sutkada 193 nəfər koronavirusdan dünyasını dəyişdi


 

Türkiyədə son sutkada 193 nəfər koronavirusdan dünyasını dəyişdi<b style="color:red"></b>

Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 193 nəfər ölüb.

525.az-ın xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyənlərlə birlikdə 9877 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.

Bu gün sağalan xəstə sayı 10 102, ağır xəstə sayı isə 3612 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən xəstələrlə yanaşı, 2 241 912 nəfərdə yoluxma qeydə alınıb, onlardan 2 136 534 nəfər sağalıb, 21 488 nəfər isə ölüb.

 





03.01.2021    çap et  çap et