525.Az

Rusiya Azərbaycana minatəmizləyən heyət göndərdi - VİDEO


 

Rusiya Azərbaycana minatəmizləyən heyət göndərdi - <b style="color:red">VİDEO</b>

Rusiya Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri Ağdamın minalardan təmizlənməsini həyata keçirəcək.

525.az APA-ya istinadən xəbərinə görə, xilasedicilərlə birlikdə Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi Dağlıq Qarabağdakı ərazilərin minalardan təmizlənməsini yerinə yetirmək üçün Azərbaycan Respublikasına uçub:

“Humanitar missiya çərçivəsində Ağdam bölgəsində pirotexniklər işləyəcək”.

Qrupa Rusiya Fövqəladə Hallar Nazirliyinin Lider Mərkəzi və Noginsk Xilasetmə Mərkəzinin 20 pirotexniki daxildir. Onlarla birlikdə robotlarla işləyən 3 kompleks də göndərilib.


 





04.01.2021    çap et  çap et