525.Az

İran 20 faizlik zənginləşdirilmiş uranın istehsalına başlayıb


 

İran 20 faizlik zənginləşdirilmiş uranın istehsalına başlayıb<b style="color:red"></b>

İran 20 faizlik zənginləşdirilmiş uranın istehsalına başlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın dövlət sözçüsü Əli Rəbii deyib.

"Az öncə Froduda 20 faiz zənginləşdirilmiş uranın istehsalına başlanılıb. Yaxın saatlarda UF6 zənginləşdirilmiş uranın ilk partiyası hazır olacaq".

Ə.Rəbii deyib ki, bu prosesin hamısı hamısı ilkin addımlar, o cümlədən, Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) məlumat vermək kimi addımlar atıldıqdan sonra baş tutub.

Dövlət sözçüsü bildirib ki, bu addım ölkə prezidenti Həsən Ruhaninin göstərişi ilə atılıb.

 





04.01.2021    çap et  çap et