525.Az

Bədən Tərbiyəsi Akademiyasının laborantı özünü öldürdü


 

Bədən Tərbiyəsi Akademiyasının laborantı özünü öldürdü<b style="color:red"></b>

Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasında binadan yıxılaraq ölən şəxsin intihar etdiyi məlum olub.

 
Bu barədə APA-ya Nərimanov rayon Polis İdarəsindən bildirilib.
 
Məlumata görə, Akademiyada laborant işləyən, 1970-ci il təvəllüdlü Fuad Kamil oğlu Rzayev intihar etməzdən əvvəl məktub yazıb. O, məktubda intiharının ailə problemləri ilə bağlı olduğunu açıqlayıb. Mərhum ölümündə heç kimin günahı olmadığını qeyd edib.
 
Faktla bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

 





21.02.2014    çap et  çap et