525.Az

Pandalar Çinə geri dönür - Foto


 

Pandalar Çinə geri dönür -  <b style="color:red">Foto</b>

Edinburq Zooparkının nəhəng pandaları, maddi çətinliklər səbəbindən bu il Çinə dönməli ola bilər.

525.az xəbər verir ki, Yan Quan və Tian Tian adlı pandaların Çindən icarəyə götürülüb. Bu, ildə təxminən 1 milyon funt sterlinqə başa gəlir. Cütlüyün nəsil artıracağına ümid edən zoopark rəsmiləri Çin hökuməti ilə 10 illik müqaviləsini bitirmək üzrədir və onu yeniləyə bilməyəcəklər.

Koronavirus ilə bağlı qapanmları Edinburq Zooparkı və Highland Wildlife Parkı idarə edən Şotlandiya Kral Zooloji Cəmiyyətinin 2 milyon funt sterlinq itkisinə səbəb olub. Cəmiyyətin icraçı direktoru David Fild xeyriyyə təşkilatının, nəhəng panda müqaviləsi də daxil olmaqla, "qənaət etməklə bağlı təklifləri ciddi şəkildə nəzərdən keçirməyin" lazım olduğunu söyləyib.

El Roman

 





05.01.2021    çap et  çap et