525.Az

Jan-Klod Minyonun AŞ baş katibi vəzifəsinə namizədliyi təsdiqlənmədi


 

Jan-Klod Minyonun AŞ baş katibi vəzifəsinə namizədliyi təsdiqlənmədi<b style="color:red"></b>

Bu gün səhər Avropa Şurası Nazirlər Komitəsində qurumun baş katibi vəzifəsinə namizədlərin təsdiqlənməsinə dair səsvermə keçirilib.

APA-nın Avropa müxbirinin məlumatına görə, bu vəzifəyə rəsmən 3 namizəd qeydə alınmışdı: Avropa Şurasının hazırkı baş katibi, norveçli Tyorbörn Yaqland, Almaniyanın sabiq ədliyyə naziri, xanım Sabin Löythöyzer-Şnarrenberger və AŞPA-nın sabiq sədri, fransalı Jan-Klod Minyon.
 
Keçirilən səsvermədə Tyorbörn Yaqland və xanım Sabin Löythöyzer-Şnarrenbergerin namizədlikləri təsdiq olunub. AŞPA-nın sabiq sədri Jan-Klod Minyonun namizədliyi isə NK tərəfindən təsdiqlənməyib.
 
Bundan sonrakı mərhələdə qeydə alınmış iki nəfərin namizədliyi Avropa Şurası Parlament Assambleyasının Bürosuna göndəriləcək və daha sonra AŞPA-nın iyunda keçiriləcək yay sessiyasında assambleya üzvləri qurumun baş katibini seçəcəklər.
 

 





21.02.2014    çap et  çap et