525.Az

Avropa İttifaqı vaksin seçimini genişləndirməyə səy göstərir


 

Avropa İttifaqı vaksin seçimini genişləndirməyə səy göstərir<b style="color:red"></b>

Avropa Komissiyası vaksinləmə strategiyası məsələsində öz şəxsi mövqeyinin müdafiəsinə qalxıb.

525.az xəbər verir ki, Brüsseldə Aİ-nin ünvanına tənqidləri rədd edərək, bu məsələdə qarşılarına qoyduqları məqsədin yeganə preparata bağlanmaq deyil, klinik sınaqlardan keçən vaksinlərin mümkün qədər geniş seçimini yaratmaq olduğunu bəyan ediblər. Bu məqsədlə Aİ 6 müxtəlif istehsalçıdan təqribən 2 milyard doza vaksin sifariş etməyi qərara alıb. Hazırda yalnız “BioNTech” şirkətinin hazırladığı vaksin Avropa Komissiyasının razılığını alıb. Lakin növbədə “yaşıl işıq” almaq üçün daha çox ehtimal edilən namizədin – Amerika istehsalı olan “Moderna” vaksininin xüsusiyyətlərinin nəzərdən keçirilməsi durur.

Hazırda təxminən 1,3 milyon doza “BioNTech” vaksini artıq təkcə Almaniyaya çatdırılıb və təqribən 265 min nəfər almaniyalı könüllü olaraq vaksinləmədən keçib

 





05.01.2021    çap et  çap et