525.Az

Türkiyədə koronavirusdan daha 194 nəfər həyatını itirdi


 

Türkiyədə koronavirusdan daha 194 nəfər həyatını itirdi<b style="color:red"></b>

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 194 nəfər ölüb.

525.az-ın xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyənlərlə birlikdə 14 494 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.

Bu gün sağalan xəstə sayı 8 908, ağır xəstə sayı isə 3 410 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 2 270 101 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 155 338 nəfər sağalıb, 21 879 nəfər isə vəfat edib.

 





05.01.2021    çap et  çap et