525.Az

Çavuşoğlu İspaniyaya səfər edəcək


 

Çavuşoğlu İspaniyaya səfər edəcək<b style="color:red"></b>

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yanvarın 8-də İspaniyaya səfər edəcək.

525.az-ın xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumatda bildirilib.

Qeyd olunub ki, M.Çavuşoğlu səfər çərçivəsində Türkiyə-Avropa İttifaqı əlaqələrilə yanaşı, gündəmdə olan məsələlər, eləcə də regional və beynəlxalq mövzularla bağlı müzakirələr aparacaq.

Bundan başqa, Türkiyə-İspaniya Hökumətlərarası 7-ci toplantının hazırlıqları ilə əlaqədar M.Çavuşoğlunun həmkarı ilə fikir mübadiləsi aparacağı da gözlənilir.

Qeyd edək ki, səfər İspaniyanın xarici işlər nazirinin dəvətilə baş tutacaq.

 





06.01.2021    çap et  çap et