Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 191 nəfər ölüb.
525.az-ın xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 13 830 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 8 702, ağır xəstələr isə 3 303 nəfər olub.
Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları da müəyyən edilməyən 2 283 931 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 164 050 nəfər sağalıb, 22 070 nəfər isə ölüb.