525.Az

Britaniyada koronavirusa növbəti rekord sayda yoluxma qeydə alındı


 

Britaniyada koronavirusa növbəti rekord sayda yoluxma qeydə alındı<b style="color:red"></b>

Böyük Britaniyada son sutka ərzində 62 322 nəfər koronavirusa yoluxub. Bu, pandemiyanın başlamasından etibarən qeydə alınan ən yüksək göstəricidir.

525.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departmenti məlumat yayıb.

Qeud eilib ki, hazırda koronavirusa yoluxanların ümumi sayı 2 836 801 nəfərə çatıb.

Son sutka ərzində 1041 nəfər isə koronavirusdan həyatını itirib. Bu, 21 apreldən  etibarən qeydə alınan ən yüksək göstəricidir. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 77 346 nəfərə çatıb.

 





06.01.2021    çap et  çap et