Cənubi Koreyada ilk dəfə 2020-ci ildə doğum sayı ölüm sayından az olub.
525.az xəbər verir ki, ötən ildə ölkədə 275 min 800 körpə dünyaya gəlib. Bu, 2019-cu ildəki doğum sayından 10 faiz azdır. Ötən il ölənlərin sayı 307 min 764 nəfər olub.
Qeyd edək ki, Cənubi Koreya Prezidenti Mun-Çje-İn keçən ay aşağı doğuş faizini artırmaq üçün nağd dəstək daxil olmaqla bir sıra təşəbbüslər irəli sürüb.
El Roman