525.Az

Trampın tərəfdarları ABŞ Konqresinin binasına girməyə çalışdılar - Video


 

Trampın tərəfdarları ABŞ Konqresinin binasına girməyə çalışdılar -<b style="color:red"> Video</b>

ABŞ Prezidenti Donald Trampın tərəfdarları Capitoliya binasına girməyə çalışıblar.

525.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Bildirilib ki, Konqres binası qarşısında Trampın tərəfdarları ilə polis arasında qarşıdurma baş verib. Kütlə Konqres binasına girməyə cəhd edib.

Konqresmen Riçi Torres açıqlamasında bildirib ki, ona və həmkarlarına Konqres binasının bir hissəsi olan Kannondan ayrılmaqları istənilib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Konqresində seçkilərin nəticələrinin təsdiqlənməsinə dair etirazlarla bağlı müzakirələr aparılıb. Bir qrup senator Arizona çtatında seçici səsinin təsdiqlənməsinə etiraz edib. Bundan sonra, Konqresin ümumi iclasına rəhbərlik edən vitse-prezident Mayk Pens iclasın qapalı olduğunu, palatalarında etirazları ayrı-ayrılıqda müzakirə edəcəyini və müvafiq səsvermə keçirəcəyini bildirmişdi.

 





06.01.2021    çap et  çap et