525.Az

"Qarpızları qurban kəsdik Çillə gecəsində"


 

"Qarpızları qurban kəsdik Çillə gecəsində"<b style="color:red"></b>

Filologiya üzrə Fəlsəfə doktoru, 

AMEA-nın aparıcı elmi işçisi

 

Bu yazımda daşları çox sevən, daşları ən sevgili yoldaşları-dostları bilən, onların dilini anlayan, "daşların sirrini bilmək üçün daşa çevrilərək keçmişlərindən, gələcəklərindən onların öz dillərində danışmağı" bacaran "Başına dolanıram, Daşın oluram, Başıma düşürsən, Başımdan bitir daşlar" fəlsəfəsilə yazıb-yaradan gənc bir şairdən -çağdaş Güney Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələ-rindən olan Ramin Cahangirzadədən bəhs etmək istəyirəm... onun içində bulunduğumuz zamanla-fevral ayının ikinci yarısı, başqa sözlə desək, kiçik çillənin son günləri ilə tam uyğun gələn, daha doğrusu böyük kiçik çillənin mahiyyətinin açılmasına yönəlik bircə şeirindən-"Qarpızlanma" şeirindən...

O, 1978-ci ildə Güney Azərbaycanın Muğan bölgəsində dünyaya göz açıb. İbtidai orta məktəbi doğma yurdunda bitirdikdən sonra Təbriz şəhərində ali təhsil alıb (1997-2001). Hazırda Güney Azərbaycanın Ərdəbil şəhərində yaşayır. Bu günədək Raminin sırf uşaqlar üçün yazdığı "Ulduz" I II (2004 2008-ci illərdə) çap, "Gözləri gül açıbdı" (2007), "Ay suda" (2011), "Nar" (I II çap-2013) adlı şeir məcmuələri işıq üzü görüb körpə fidanlara bir dünya sevinc duyğuları yaşadıb... 

2008-ci ildə nəşr edilən "Dan yeli" dərgisinin "Tarla" adlı özəl sayında bütünlüklə uşaqlara həsr olunmuş şeirləri toplayan Ramin "Bir az dərinə gedirəm" adlı nəsr kitabını da elə həmin ildə çap etdirərək oxucuların ixtiyarına verib... "Daşlar" adlı yeni şeir məcmuəsi isə AYB-nin Güney Azərbaycan şöbəsinin maliyyə dəstəyi ilə Bakıda ("Nurlan", 2011) çap olunmuşdur. III cildlik "Peşələr" "Ailələr" adlı dörd uşaq şeir məcmuəsi isə hazırda çap prosesindədir....

Məhsuldar şair "Doymuram səni içməkdən" (yeni satirik şeirlər), "Mayallaq" (satirik nəsr əsərləri), "Minimal satirik şeir nəsr əsərləri" - I II cild, həmçinin uşaqlar üçün yazdığı "Sel qızı", "Nazlı", "Əlifba", "Dörd fəsil", "Xallı allı", "Qarışqam", "Rəqəmlər", "Boyalar", "Çiyələk", "Elay İlkay", "Heyvanlar" (3 cilddə), "Küçə", "Tiraxtur basdı qaza", "Dörd fəsil" adlı şeir, "Orxan mani" adlı hekayə məcmuələrini çapa hazırlayıb...

Ünvanıma göndərdiyi ömürlük orijinallığı ilə diqqətimi çəkdiyindən haqqında qələmə aldığım bu yazıya həmin ömürlüyü əlavə etməyi oxuculara postmodernist şairi daha yaxından tanıtmağı qərarlaşdırdım düşündüm ki, onun xarakterini özünəməxsus tərcümeyi-halındakı bu misralarda sərgilənən fikirlərdən daha gözəl açan ikinci bir vasitə ola bilməz:

"Yekə - yekə cırmağıma baxmayın,

Çox da yekə deyiləm:

Boyum 165 sm, çəkim 60 kq,

Adım "Günəş tanrısının oğlu" anlamını daşısa da,

Günəş tanrısının oğlu deyiləm...

Sadəcə anamın iztırablarından boy atıb boylanan,

Günəşdən çörəyi çıxan, bir əkinçinin balasıyam.

Ayaqyalın bir uşaq idım.

Böyüyüb, böyüyüb,

Yekəlib, bu günə düşmüşəm...

İlan ilində dünyaya ayaq basdığım üçün

Dilimdən zəhər tökülür...

Hərdən sürətlə gedib özümdən çıxsam da,

Çox da uzağa gedən deyiləm...

Tez qayıdıram özümə...

Ramin modern postmodern üslubda yazdığı maraqlı şeirləri ilə oxucuların diqqətini çəkməyi bacarır. Onun "Qarpızlanma" adlı yeni səpkili yeni biçimli şeiri 2013- ilin poeziya məhsuludur. Gənc şairin bu şeiri ilin sonunda-dekabr (Aralıq) ayının 28- yayınlamaqda məqsədi həm Azərbaycan xalqının Çillə bayramını qutlamaqdır...

Qeyd edək ki, ilin iki çilləsi olur: Böyük kiçik çillələr. 40 gün davam edən Böyük çillənin (21 dekabr-29 yanvar) ilk günü, dekabrın 20-dən 21- keçən Çillə gecəsi (Şəbi-Yelda) 365-366 günlük ilin ən uzun gecəsidir.  Sonra isə 20 günlük Kiçik çillə (29 yanvar-18 fevral) gəlir. Qədim inanclara görə, Günəş allahı Mitranın anadan olan günüdür. Çünki həmin gündən sonra günlər yavaş-yavaş uzanmağa başlayır, yəni, həmin gecə xeyir qüvvəsi (Ahuraməzda) şər qüvvəsi (Əhrimən) ilə kəskin mübarizəsi nəticəsində işığın qaranlıq üzərində simvolik qələbə çalır. Bayramın əsas ideyası da budur. Xristianlıqda əsas bayramlardan olan Milad bayramının da Çillə gecəsinə oxşarlığı qeyd edilir. Çillə gecəsi Avestada qeyd olunan qədim Zərdüştilik bayramıdır. Bu gecə əsasən İranda (Şəbi-Yelda), Türkiyədə o taylı-bu taylı Azərbaycanın müxtəlif şəhərlərində-Urmiya, Təbriz, Ərdəbil, Zəncan, Xoy, Şəbüstər, Marağa, Naxçıvan, Şəki, Gəncədə, həmçinin kəndlərimizdə bu gecəni xüsusi şövqlə qeyd edirlər.

Çillə gecəsində qarın yağması yeni ildə məhsulun bol olacağını şərtləndirən əlamətdar bir hadisə sayılır bu fakt insanlara sevinc, ətrafa isə həzin bir sakitlik, təmizlik, paklıq gətirir. Həmin gecə ailə üzvləri, qohum-qardaş, dost-tanış bir yerə yığışır, səmimi məclis qurur ilin ən uzun gecəsini növbənöv meyvə-nar, alma, heyva, portağal, narıngi s., müxtəlif şirniyyatlar-qoz halvası, kök halvası, paxlava, qoz, fındıq, balqabaq, günəbaxan tumu s. yeməklə qeyd edir sübhədək oyaq qalır, sanki zamanın uzunluğuna meydan oxuyaraq guya onu qısaldırlar. Bu gecənin ən əhəmiyyətli atributlarından biri isə qarpızdır. Belə ki, hər ailə həmin gecə mütləq bir qarpız kəsməlidir. Əgər yeni evlənən-ailə quranlar varsa, onlara da valideynləri qarpız hədiyyə edirlər. Çillə gecəsi törənləri xalq şeirində xüsusi olaraq vəsf olunmuşdur:

 

Qovub qışı, ayazı,

Kəsdik çillə qarpızı.

Allah yetirsin ruzı

El qalmasın

tamarzı…(http://www.dgtyb.org/news)

 

Bu motiv, göründüyü kimi, Ramin Cahangirzadə şeirinə təsadüfən gəlməyib. Motiv ənənəvidir, amma ənənəviyə yanaşma metodu tamamilə yenidir. Yeni təfəkkürlü modernist şair "Qarpızlanma" şeirini məhz Çillə gecəsi hər bir türkün evinə sevinc gətirən içi qan kimi qıpqırmızı qarpızlara-Çillə qarpızlarına həsr etdi. Eyni zamanda Vətən daşı olmağı bacaran şair bu uzun gecədə kimsəsiz, yalqız yuvasız qusları, yurdsuz, evsiz-eşiksiz qarındaşlarını da unutmayıb, bu orijinal əsəri onlara da ünvanlayıb... Lakin şairin əsas hadisəyə münasibəti elə birinci bənddəcə, bıçağı çəkən kimi Çillə qarpızının cırhacırla kəsilməsi, qapqara qarpızlardan axan qırmızı suyun ürəkdən axan qana bənzədilməsilə bitir, sonra isə yaşadığı həyatın reallıqlarına söykənən fərdi düşüncə yozumları sıralanır:

 

Pıçaq çək! Cırhacır düşəcək!

Bax! Qara qarpızların da ürəyindən

Qan süzüləcək!..

 

Türkiyədə Çillə gecəsi, yəni ilin ən uzun, ən qaranlıq gecəsi ilə bağlı Osmanlı imperatorluğu dönəmində yaranmış bir beyt günümüzədək yaşamaqdadır. Beytin müəllifi maraqlı paralellər aparır qeyd edir ki, bu zülmət gecənin uzunluğunu, neçə üzücü saat çəkdiyini qəmə tuş gələnlər, dözülməz kədərə mübtəla olanlar bilər, yəni dərdli insanın gecəsi bitməz, səhəri açılmaz:

 

Şeb-i yeldayı müneccim ile muvakkit ne bilir

Müptela- gama sor kim geceler kaç saat? (http://www.dgtyb.org/news)

 

Eyni mənanı Türküstanın ünlü şairi İshakxan İbrətin "Ahımın tüstüsündən həyatım, Yelda gecəsitək qara olubdur" beytində izləmək imkanını etnoqraf alim Güllü Yoloğlu "21 dekabr - Çillə Gecəsi" yazısında (www.ayna.az) yaradıb. Şair növbəti beytdə yaşadığı cəmiyyətdə müşahidə etdiyi postmodernist mövqeyini sərgiləyir:

 

Qoltuqlarında qarpız gəzdirənlər

Dünyanı qarpızla almaq istəyirlər

 

Misralarda hədsiz lovğalanan yalançı işbazlar nəzərdə tutulur. Belə adamlar fərsiz, simasız, yaltaq insanlar tərəfindən o qədər yersiz tərif yağışına tutulur, "qoltuqlarına qarpız verilir" ki, bu işbazlar qarpız kimi şişirlər dünyanı ayaqları altında sanırlar  hər şeyə küy-kələklə nail ola biləcəklərini düşünürlər. "Bir əldə iki qarpız tutmaq olmaz" ata sözünü yaxşı bilsə , Ramin, əsl postmodernist-yenilikçi əskici-klassik tərzlərin hər ikisini bir əldə tutmağı bacarır. Ancaq bu iki cəhətin vəhdətindən yeni təfəkkürün işığında yaranan fikrin mahiyyətinə varmaq o qədər asan olmur. Məhz bu səbəbdən Klement Qrinberq yazırdı ki, "Yüksək sənət yaratmaq adətən çətin üzücü bir işdir, amma modernizmdə yüksək sənəti anlamaq yaratmaqdan da çətindir."

 

Qarpızlanmağınızı dilimləyib yedim

Keçəl olmaqdan qorxub

Qabığını yeməkdən çəkindim

 

"Hər bir şəxs, hər bir şey, hər bir əlaqə mütləq şəkildə istənilən başqa şeyi mənalandıra bilər" deyib Valter Benyamin...

Şeirdə bu mənalandırmanın öhdəsindən bacarıqla gələn şair qarpızlanan-yersiz lovğalanan adamların bu cəhətini dilimlənən qarpız kimi bir andaca heçliyə qovuşdurur... ... "Keçəl olmaqdan qorxub qabığını yeməkdən çəkinmək" məsələsinə gəlir... Bəziləri elədiklərini o qədər dilə gətirib başa qaxınc edirlər ki, demək olar, "o şəxsin başını keçəl edirlər." Bu məsələyə diqqət çəkən Raminin insanın keçəlliyini qarpızın hamar səthinə bənzətməsilə yaratdığı təşbeh diqqət çəkir.

"Qarpızları yeyəndən sonra, Tumlarını yeməyin! Yazıqsız!..Qarpızlara bağlanarsız!" tövsiyəsi verilən sonrakı misraların alt qatındakı fikirlər asan anlaşılmır. Yediyin toxumlar içində cücərər, qarpızlaşarsan...eyhamı ilə əslində hər şeyin, bütün həyatın-türklüyün, azadlığın toxumdan cücərib boy verdiyini ironik tərzdə oxucularına çatdıran yenilikçi şair bu işdə bəlkə artıq gecikdiyimizi "Tağlarınız çürüyüb, Daha qarpızlarızın Uralanmağının vaxtı çatıb..." sətirlərində sərgiləyir...

Xalq deyimlərinə, folklorun qızıl səhifələri olan inanclara söykənmə onun ədəbi ənənələr boxçasının üstündə pərvaz etdiyinin göstərgəsidir. Bu gün bu inanc yaşayır, qarpızı kəsərkən niyyət tutub "nəmnəmə" deyilən arxa hissəsini dörd yerə bölüb qarışdıraraq yerə atırlar. Əgər üçü bir, biri ayrı düşərsə niyyətin gerçək olacaq... Bu inancın onun qələmindəki əks-sədası da çox ilgincdir:

 

Qarpızın nəmnəmənəsini kəsin!

Dörd yerə bölün!

Sonra ovuclarızın içində qarışdırın

Atın yerə!

Baxtız açılacaq!

Tək düşsə!

 

"Qarpız satırsız... Qarpız alırsız...  Heç bilirsizmi, alıb satdığınız qarpızlar öz içlərini yeyirlər?!-dediyində haqlıdır şair, çünki bəzən qarpızları kəsərkən içinin boşalıb tumlarının töküldüyünə təsadüf edilir bu bir qarpız-məhsul ömrüdür, kəsilmə vaxtı keçincə xarab olur, amma bu sualla şeirin alt qatındakı məna haqqında fəhmlə düşünməyə yönləndirir oxucusunu - "-Ey qoltuğu qarpızlılar, yalançı qəhrəmanlar, içi baçı boş siyasətçilər, qrafomanlar insanları, xalqı həmin boşluğa-heçliyə-bədbəxtliyə sürükləyirsiniz, çəkilin mənasız mövqeyinizdən!!! İbrahim Sel Ramin Cahangirzadənin modern şeirləri haqqında resenziyasında onu müasir şair adlandırır müasir şeirin özəlliklərini belə şərh edir: "Müasir şeirdə miflə bu günün mistik möcüzələri, irreallıqla ən real həyat görüntüləri, zaman zamansızlıq bir araya gəlir. Dünyanın obrazı yaranır bu dünya obrazında Yer vətəndaşı şairin öz dünyasını seyr edirsən (diasportv.com)" Doğru fikirdir, Ramin son bənddə yenə xalqının mifoloji görüşlərinə baş vurur, Qurban bayramı ilə bağlı səhnəyə Çillə qarpızlarını gətirir onları qurban kəsib öz dünyasının sətiraltı mənzərəsini cızıb:-Bəlkə bu qurbanlar qəbula keçər, Tanrı qara gecələrin uzunluğunu gödəldər Güney xalqı azadlığına qovuşar!

 

Qarpızları qurban kəsdik

Çillə gecəsində

Bəlkə tanrı gecəmizi güdəltdi...

 

Təkcə "Qarpızlanma" şeirinin qısaca təhlilindən göründüyü kimi, Ramin Cahangirzadə müasir-modern, eyni zamanda postmodernist şairdir. O, Güney Azərbaycan türkcəsinin özəlliyini qoruyaraq özünəməxsus şirinlikdə fikrinin ifadəsinə nail ola bilir. Duyğusal fəhm sahibi olan hər bir oxucunun anlaya biləcəyi biçimdə məzmunda yazdığı şeirlərdə zamanın nəbzini, dövrün ritmini tutur, həyatın gerçəkliklərini əks etdirir, irreallıqla reallığı qovuşdurur.

 





22.02.2014    çap et  çap et