525.Az

Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb


 

Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb<b style="color:red"></b>

Pakistan səfiri Bilal Hayee Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

525.az-ın xəbərinə görə, bu barədə pakistanlı diplomat "Twitter"də bildirib.

Görüşdə iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

“2021-ci ildə Azərbaycan-Pakistan dostluğunun daha da güclənməsini səbirsizliklə gözləyirəm”, - deyə səfir qeyd edib.

 





07.01.2021    çap et  çap et