525.Az

Devalvasiya qorxusu, devalvasiyanın özündən daha təhlükəlidir​


 

Devalvasiya qorxusu, devalvasiyanın özündən daha təhlükəlidir​<b style="color:red"></b>

5 il əvvəl verilən açıqlamanın əksinə olaraq baş verən devalivasiya vətəndaşların milli valyutaya və bank sektoruna inamına böyük mənfi təsir etmişdir. Buna görə də pandemiyanın iqtisadiyyata dağıdıcı təsirləri və neft qiymətlərin kəskin enişi 2020-ci ildə də devalvasiya mövzusunu gündəmdə saxladı. Bu dəfə də Milli Bank əhali arasında devalivasiya narahatlığına aydınlıq gətirmək üçün müxtəlif səviyyələrdə açıqlamalar verdi. Bir neçə gün bundan əvvəl Mərkəzi Bankın 2021-ci il üçün maliyyә sabitliyi haqqında olan bәyanatı isə məzmun və mahiyyət baxımından digərlərindən tamamilə fərqli idi.

Bu bəyanatdan aydın görünürdü ki, hökümət üçün bu il makroiqtisadi sabitlik əsas hədəf olduğundan manatın məzənnə sabitliyinə xüsusi önəm verəcək. Buna nail olmaq üçün fiskal vә monetar siyasәt üzrә effektiv koordinasiya səviyyəsi artırılacaq. Valyuta satışına və axınına məhdudiyyətərin tətbiq ediləcək.​ Halbuki, ilk devalivasiyadan sonra üzən məzənnənin elan edilməsi, lakin məzənnəninin inzibati metodla tənzimlənməsinə davam edilməsi neçə illərdir ki, devalivasiya gözləntisini​ aktual saxlayırdı. O vaxt üzən məzənnəyə keçid​ olub,​ məzənnə səviyyəsi​ tələb-təklif öhdəliyinə buraxılsaydı və​ ortalama hər 10 günə​ manatın​ 1 qəpiklik​ ucuzlaşması​ baş versəydi, bu gün manatın səviyyəsi 3,6​ manata qədər yüksələcəkdir. Hökümət bunu bildiyi üçün​ ilk vaxtlar elan​ edilmiş üzən məzənnə ideyasını arxa plana atdı və yenə də manata olan təzyiqi qarşılamaq qərarını qətiləşdirdi. Əslində bu bizim durumuza görə seçilə biləcək ən düzgün addım idi.​

Devalvasiyanın fayda verəcəyi sahə büdcə kəsirinin doldurulması və ixrac yönlü fəaliyyətin stimullaşdırılmasıdır. Amma nəzərə alsaq ki manatın səviyyəsindən asılı olaraq stimullaşdırlacaq ixrac həcmi çox deyil. Devalvasiyanın digər faydası kimi xarici turistlərin gəlişini stimullaşdırmaqla, ölkəyə valyuta daxil olma səviyyəsinə dəktək vermək idi. Amma hazırda turizm də iflic vəziyyətdədir. Ona gorə də düşünürəm ki, devolivasiyanın faydası hazırkı məqam üçün zərərlərindən qat-qat az olacaqdır.

Düzdür, 2021-ci ilin 3.1 mlrd. manatlıq büdcə kəsrini konpensasiya etmək üçün ən bəsit yol devalivasiyadır. Məsələn, X həcmdə neftdən gələn 10 milyard dolları 17 milyarda manata yox, 20 milyarda manata çevirmək və “büdcə kəsri doldu” – demək olar. Amma bu baş verərsə, özü ilə aradan qaldırılması daha çətin olan problemlər gətirər. Hansı ki o problemləri yoluna qoymaq, 3.1 milyardlıq büdcə kəsrini alternativ üsullarla konpensasiya etməkdən dəfələrlə çətin olacaqdı. Ona görə də hökümət büdcə kəsrin konpensasiyası üçün borclanmaya getməyi üstün tutur

Bu​ il neft qiymətlərində kəskin ucuzlaşmanın olmayacağı və olsa belə bunun aylarla davam etməyəcəyi haqqında olan proqnozları nəzərə alsaq, deyə bilərik ki, makroiqtisadi sabitliyi qoruyub saxlamaq il boyunca mümkün olacaq. Bu isə devalvasiya etməmək üçün hökümətə daha üstün fürsət verəcək.​ Bütün bunları nəzərə alan hökümət Mili Bank səviyyəsində geniş bəyanat verdi.​ Çünki, insanların devalsivasiyanın olmayacağına əmin olmasına böyük zərurət var. Ona görə ki, devalvasiya qorxusu, devalvasiyanın özündən daha təhlükəlidir. Bu manata qarşısıalınmaz təzyiq yaradır. Odur ki, devalivasiya getməmək kifayət deyil, həm də əhalini bunun olmayacağına maksimum dərəcədə inandırmaq lazımdır.

Amma vacib bir məqamı qeyd edim ki, bir neçə il sonra, məsələn 2023-ün ortalarına doğru - iqtisadi aktivlik tam bərpa olunduqdan, turizm sahələri aktiv fazada olduqdan və ixrac yönlü istehsal sahələri kəmiyyət olaraq artma fazasına keçdikdən sonra mütləq üzən məzənnə haqqında ciddi şəkildə düşünmək lazımdır. Bu iqtisadi inkişafa nail olmağın təməl prinsiplərindən biridir. Beynəlxalq iqtisadi sistemin tərkibi olmaq və qeyri-neft sektorunu inkişaf etdirmək istəyiriksə, mütləq şəkildə milli valyuta məzənnəsinin inzibati tənzimləmə metodlarından imtina edilməlidir.

Eldəniz ƏMİROV

SOCAR əməkdaşı, iqtisadçı ekspert

 





07.01.2021    çap et  çap et