525.Az

Faringit və COVİD-19 simptomlarını necə ayırd edək?


 

OXŞARLIQLAR VƏ FƏRQLƏR

Faringit və COVİD-19 simptomlarını necə ayırd edək?<b style="color:red"></b>

Boğazda yanma, sancma, ağrı və hərarət faringitin ən qabarıq xüsusiyyətlərindəndir. Koronavirus əlamətləri arasında da yer alan bu əlamətlər insanların xəstəlikləri qarışdırmasına və narahat olmasına səbəb olur.

Bu yazıda faringitlə koronavirusun ortaq və fərqli xüsusiyyətləri, onları bir-birindən ayırmağın yolları haqqında məlumat verməyə çalışacağıq.

Farengit boğazdakı "farenks" adlanan bölgənin iltihabı nəticəsində baş verir. Bəzən viruslar, bakteriyalar və ya göbələklər, bəzən də o bölgənin qıcıqlanması nəticəsində meydana gəlir. Burun tıxanıqlığı, davamlı ağızdan nəfəs alma, reflü xəstəliyində mədə turşusunun yuxarıya doğru qaçması, boğazda qıcıqlanma və ya allergiya səbəbi ilə də faringit müşahidə edilə bilər. Onun simptomlarına qıcıqlanma, yanma və sancma şəklində boğazdakı ağrılar daxildir. Xəstəliyin inkişaf etmiş mərhələsində burun axıntısı, səsin tutulması, qızdırma və halsızlıq da görünə bilər. COVİD-19  infeksiyasında da bu əlamətlərin bəzilərinin olması iki xəstəliyin qarışmasına səbəb ola bilər.

Yeni koronavirus pandemiyasından qorunmaq və yayılmasının qarşısını alma, insanların həyatına maska taxma zəruriliyi də gətirib. Lakin uzun saatlarla taxılan maskalar allergiyası olan insanların gün ərzində burunlarını bağlayaraq ağızdan nəfəs almasına səbəb olur. Bu, boğazda qıcıq yarada və faringiti inkişaf etdirə bilər. Buna görə, maskanı uyğun mühitlərdə çıxarıb təmiz hava almaq çox vacibdir.

Bəs sadalanan simptomları olan şəxslər koronavirusa yoluxub-yoluxmadığını necə öyrənə bilər? Əvvəlcə xəstənin 2-3 ildən bir və ya tez-tez faringit olduğunu dəqiqləşdirmək lazımdır. Bu kimi suallarla xəstəliyin səbəbləri araşdırılır. Qeyd etmək lazımdır ki, mövsüm dəyişkənliyi faringit kimi xəstəliklərin ən çox yayıldığı dövrlər hesab edilir. Gün ərzində hava tez-tez dəyişdiyindən, insanın immuniteti asanlıqla zəif düşə bilir. Nəzərə almaq lazımdı ki, hər boğaz ağrısı COVİD-19 simptomu deyil. Ancaq koronavirus, tənəffüs yolu ilə ötürülən və ilk yeri yuxarı tənəffüs yolları, xüsusilə, boğaz bölgəsi olan bir infeksiya olduğundan, taclı virus zamanı hər hansı bir mikrob nəticəsində inkişaf edən farengit simptomları da meydana gələ bilər. Həkimlərin fikrinə görə, insanların bu iki xəstəliyi hiss etdiyi simptomlarla ayırması mümkün deyil, bu səbəbdən mütəxəssisə müraciət edilməlidir. Təkcə boğaz ağrısı ilə xəstənin COVİD-19 olub-olmamasını müəyyənləşdirmək mümkün deyil. Xəstənin qızdırma, halsızlıq, baş ağrısı və öskürək kimi şikayətləri müəyyən edilməlidir.

Xəstənin ümumi vəziyyəti narahatdırsa, risk qrupundadırsa, vaxt itirmədən xəstə koronavirus testindən keçməlidir. Əgər testin nəticəsi mənfi olduğu halda simptomlar davam edərsə, xəstə yaxından izlənilməli və bu barədə xəbərdar edilməlidir. Klinik mənzərə koronavirus simptomları ilə davam edərsə, bir neçə gün sonra testi təkrarlamaq lazımdır. Bu iki xəstəliyi açıq şəkildə ayırmaq mümkün olmadığından, ehtiyatlı olmaq çox vacibdir. Qoxu və dad itkisi faringit əlaməti deyil. Qoxu hissinin itməsi və bununla əlaqəli bəzi hallarda dadbilmə hissi müşahidə edilə bilir. Ancaq COVİD-19-a yoluxma təkcə bu simptomlarla müşahidə edilmir.

Afaq RZA

 





07.01.2021    çap et  çap et