Ötən il ərzində Norveç benzin və ya dizel mühərrikli nəqliyyat vasitələri əvəzinə elektrikli nəqliyyat vasitələri satılan ilk ölkə olub.
525.az xəbər verir ki, rəsmi məlumatlara görə, keçən il ölkədə satılan 141.412 nəqliyyat vasitəsinin 54.3%-i elektrik enerjisi ilə işləyir.
Norveç Yol Federasiyasının (OFV) verdiyi açıqlamaya görə, bu göstərici 2019-cu ildə 42,4% idi. Neft istehsalçısı Norveç, tətbiq etdiyi vergilərlə 2025-ci ilə qədər benzin və dizel yanacaqları ilə işləyən avtomobillərin satışını tamamilə dayandırmağı hədəfləyən yeganə ölkədir.
Norveç Yol Federasiyasının prezidenti Oeyvind Torsen, bir mətbuat konfransında 2025-ci ildəki hədəflərinə çatmaqda qətiyyətli olduqlarını bildirib.
El Roman