525.Az

Müştərinin nə yeyəcəyinə qərar verən restoran açılır


 

Müştərinin nə yeyəcəyinə qərar verən restoran açılır<b style="color:red"></b>

Bu ayın sonunda Belçikada yeni açılacaq bir restoran fərqliliyinə görə artıq gündəm olub.

525.az xəbər verir ki, restoran işçiləri müştərilərin yaşına, boyuna, çəkisinə, cinsinə və gündəlik fəaliyyətinə baxaraq nə yeməli olduğuna qərar verəcəklər. İdeya müəllifləri məqsədlərinin insanlara sağlam yeməyin nə olduğunu göstərmək olduğunu söyləyirlər.

Restoranın sahibi, 28 yaşlı Robbe, ali təhsilli bir diyetoloqdur. Partnyoru Laura ilə birlikdə işlədəcəkləri restoran üçün fikir velosiped komandasının qidalanma rəhbərliyi dövründə ortaya çıxıb.

Belə ki, Robbe bir idmançının qidalanmasının o gün necə yarışacağına görə tənzimləndiyini,buna görə dağ mərhələsi və düz bir ərazidə keçiriləcək yarışlar üçün fərqli qidalanma cədvəlinin təyin olunduğunu söyləyib. Velosipedçilərin fərdi gündəlik qidalanma cədvəlindən ilhamlanan belçikalı mütəxəssis indi bunu restoranda tətbiq etməyə başlayacaq.

Artıq müştərilər nə yeyəcəyini yalnız iştahı deyil- boy, çəki, cinsiyyət və gündəlik aktivliyi də təyin edəcəklər. Restoranda zülal və kalori ehtiyacları müştərinin verdiyi məlumatlara uyğun olaraq hesablanacaq. Nahar etmək istəyən müştəridən günün qalan hissəsi üçün nə edəcəyi soruşulacaq.

El Roman

 





07.01.2021    çap et  çap et