525.Az

İtaliya mətbuatı: "Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib"


 

İtaliya mətbuatı: "Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib"<b style="color:red"></b>

İtaliyanın “KmetroO”, “Sardegnagol”, “Politicamente Corretto”, "Agenzia Nova" kimi mətbuat orqanlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı yazılar dərc edilib.

525.az xəbər verir ki, həmin yazılarda Azərbaycan Respublikasının Prezidentinin müvafiq fikirləri qeyd olunur: “Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır. Şuşanın bərpası ilə əlaqədar işlərə artıq start verildi. Mənim göstərişimlə böyük heyət oraya ezam edildi. Deməli, yaşayış fondunun, tarixi abidələrin təftişi aparılmalı, vurulmuş ziyan dəqiq hesablanmalıdır və biz Şuşa şəhərinin restavrasiyasına başlamalıyıq. Ancaq yenə də vaxt itirmədən, ancaq, eyni zamanda, tələsmədən Şuşanın ilkin siması, tarixi siması bərpa edilməlidir”.

Bundan əlavə, yazılarda qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidentinin göstərişi ilə Şuşada Vaqif poeziya günləri və Xari bülbül festivalı bərpa ediləcəkdir. Eyni zamanda, xarici qonaqların Şuşaya rahat səfər etməsi üçün Şuşaya yaxın məsafədə yerləşən Füzuli şəhərində beynəlxalq hava limanı tikiləcəkdir.
 
Yazılarda, habelə vurğulanıb ki, Şuşa şəhərinin Azərbaycan xalqı üçün böyük mənəvi dəyəri və əhəmiyyəti vardır. "Şuşa Azərbaycan mədəniyyətinin beşidir. Vaqif, Natəvan, Xan Şuşinski və sair kimi dahi azərbaycanlılar Şuşada yaşayıb-yaratmışlar. Azərbaycana məxsusi musiqi növü olan və UNESCO-nun qeyri-maddi mənəvi irs siyahısına daxil edilmiş muğamın kökləri Şuşaya aiddir. Məhz buna görə Şuşa, həmçinin Azərbaycanın konservatoriyası hesab edilir", deyə yazılarda bildirilir.

Yazılarla aşağıdakı keçidlərdə tanış olmaq mümkündür.

https://kmetro0.it/2021/01/06/aliyev-shusha-dichiarata-capitale-della-cultura-azerbaigiana/

https://www.sardegnagol.eu/2021/01/06/azerbaijian-ilham-aliyev-shusha-capitale-della-cultura-azera/


https://www.politicamentecorretto.com/2021/01/06/ambasciata-della-repubblica-dellazerbaigian_il-presidente-ilham-aliyev-ha-dichiarato-shusha-capitale-della-cultura-azerbaigiana/
 
https://www.agenzianova.com/a/5ff70ade5b2ea7.99491901/3258194/2021-01-05/nagorno-karabakh-presidente-azerbaigiano-shusha-e-la-capitale-culturale-dell-azerbaigian

 





07.01.2021    çap et  çap et