525.Az

Moskvada qadın maşınistlər yenidən işə götürüldü


 

Moskvada qadın maşınistlər yenidən işə götürüldü<b style="color:red"></b>

Moskva rəsmiləri keçən il qadınlara müəyyən işlərə qadağa qoyan mübahisəli qaydaların ləğvindən bəri metroda ilk qadın maşinistlərin işə götürüldüyünü bildirib.

525.az Rusiya mediasına istinadən xəbər verir ki, şəhər nəqliyyat şöbəsi artıq bazar günü Moskva metrosunun ilk qadın maşinistlərini qarşılayıb.

Qeyd edək ki, Moskva metrosunda 1980-ci illərin əvvəllərindən etibarən qadın maşinistlərin işə qəbulu dayandırılmışdı. Son qadın maşinist isə işinə 2014-cü ildə son vermişdi.

Bazar günü Moskvanın icra başçısı Sergey Sobyanin və şəhərin nəqliyyat şöbəsinin müdirinin birgə bəyənatı ilə şəbəkəyə qoşulan 25 qadından 12-nin təlimlərini başa vurduqlarını, icazə aldıqlarını və ilk sərnişinlərini götürməyə hazır olduqları bildirilib.
 
El Roman

 





07.01.2021    çap et  çap et