525.Az

Şahmar Əkbərzadə mükafatı laureatlarının kitabları yayımlandı


 

Şahmar Əkbərzadə mükafatı laureatlarının kitabları yayımlandı<b style="color:red"></b>

2000-ci ildən indiyədək “Vektor” Beynəlxalq Elmlər Akademiyası tərəfindən ənənəvi olaraq hər il Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat mükafatı təqdim edilir. Hər il mükafat laureatlarının kitabları Akademiya tərəfindən təmannasız olaraq yayımlanaraq oxuculara hədiyyə edilir.
 
525.az xəbər verir ki, bu günlərdə ədəbi mükafatın laureatları Ramiz Qusarçaylının “Sevgidi dünyaya qəsdim”, Nazim Əhmədlinin “Uçub getmək istədim”, İbrahim İlyaslının “Qırmızı almadan Qızılalmaya”, Fərid Hüseynin “Uçurum Peyğəmbəri”, Vaqif İsaqoğlu “Zəm-Zəm suyu” kitabları nəfis şəkildə çap olunaraq müəlliflərə və oxuculara təqdim ərmağan edilib.

Xatırladaq ki, görkəmli Azərbaycan şairinin adını daşıyan bu beynəlxalq mükafat 20 ildir ki, hər il onun doğum günü ərəfəsində bir nəfər görkəmli xarici ölkə şairinə və bir neçə nəfər tanınmış şair və ədəbiyyatşünaslarımıza təqdim edilir.

İndiyə qədər Yavuz Bülənt Bakilər (Türkiyə), Nadırbek Alımbekov (Qırğızıstan), Muxtar Şaxanov (Qazaxıstan), Əli Daşqın (Güney Azərbaycan), Orhan Aras (Almaniya), Vladimir Boyarinov (Rusiya), Aleksandr Navrotski (Polşa), Nəriman Həsənzadə, Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı, Adil Mirseyid, Paşa Qəlbinur, Rəşad Məcid, Çingiz Əlioğlu, Azər Turan, Qulu Ağsəs, Musa Urud, Vaqif Bəhmənli, Tofiq Abdin, Nizami Cəfərov, Əjdər Ol və digər şair və ədəbiyyatşünaslar bu mükafata layiq görülüblər.

“Vektor” BEA tərəfindən indiyə qədər mükafat laureatlarının 71 adda kitabı yayınlanaraq oxuculara hədiyyə edilib.

 





08.01.2021    çap et  çap et