525.Az

Əsgər balam, Pərvizim! - Fikrət Qocanın şeiri


 

Əsgər balam, Pərvizim! - <b style="color:red">Fikrət Qocanın şeiri </b> Balam Alyaskadadı.
Gözümdə, ürəyimdə,
Səsi, gülüşü, dadı...
Balam Alyaskadadı.
Yer üzünü qoruyur.
Sizi, bizi qoruyur,
Öz-özünü qoruyur.
Yaşım yaş həddin ötüb,
Ədam, sərtliyim itib...
Balam könlümə düşüb.
"Mən ora getməliyəm"...
Balam Alyaskadadır,
Nə yeyib-içirəmsə,
Qarlı Alyaska dadır.
Mən bu dəli gedişdə
Özümü ötməliyəm.
Qoy desinlər "dəliyəm".
Həsrətdən ölməliyəm?
Kim nə deyirsə desin!
Deyənim az deyil ki!
Ayrılıq bizi yıxdı,
Bu da "Araz deyil ki..."
Hər yanım ayrılıqdı,                     
Sərhədlər, sədlər, hədlər...
Çoxunun yükü dərddi,
Ayrılıqdı, həsrətdi...
Ayrı dillər, avazlar.
Soyun! Geyin! Otur, dur!
Yerdə, göydə yol budur!
Sərnişin ölməyincə,
Robot - işçi ayılmır.
"Diplomat" olmayanlar
Yolda adam sayılmır.
Yox, yox! Bu giley oldu.
Yolçusansa - yol budur!
Şükür olsun bu günə,
Gedirəm Alyaskaya!
Nəvəm Aya getsəydi,
Mən getməliydim Aya!

06.01.2021
 





08.01.2021    çap et  çap et