525.Az

“Nizami Gəncəvi İli” şairin tanıtdırılmasına böyük imkanlar yaradacaq" - VİDEO


 

“Nizami Gəncəvi İli” şairin tanıtdırılmasına böyük imkanlar yaradacaq" - <b style="color:red">VİDEO</b>

Nizami Gəncəvi fəlsəfəmizi dünyaya çatdıran, dünyada yeni bir fəlsəfə quran, sadəcə Azərbaycan və türk dünyası üçün deyil, Avropa və bütün dünya üçün yeni bir yol açan böyük şairdir. Bu ilin “Nizami Gəncəvi İli” olması biz yazıçı və şairlər üçün olduqca sevinclidir.

525.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Avrasiya Yazıçılar Birliyinin (AYB) sədri Yaqub Öməroğlu ifadə edib.

Nizami Gəncəvi yaradıcılığının hər zaman diqqətdə olduğunu xatırladan AYB-in sədri Yaqub Öməroğlu əminliklə deyib ki, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması mütəfəkkir şairin şəxsiyyətinin və bənzərsiz əsərlərinin daha geniş miqyasda tanıtdırılmasına böyük imkanlar yaradacaq.


 





09.01.2021    çap et  çap et