525.Az

AYİB ötən il Azərbaycanda 6 layihə üçün 17 milyon avro kredit ayırıb


 

AYİB ötən il Azərbaycanda 6 layihə üçün 17 milyon avro kredit ayırıb<b style="color:red"></b>

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2020-ci ildə Azərbaycanda layihələrin reallaşdırılması üçün ümumilikdə 17 milyon avro məbləğində kredit ayırıb.

525.az bu barədə banka istinadən məlumat verir.

Qeyd olunur ki, kredit portfeli 6 layihənin reallaşdırılması üçün nəzərdə tutulub.

Hazırda AYİB-in Azərbaycana ayırdığı kredit portfelinin ümumi həcmi 2 milyard avroya yaxındır. Bunun 77 faizi və ya 920 milyonu dayanıqlı infrastruktura investisiyalara, 21 faizi və ya 246 milyonu sənaye, ticarət və aqrar sektora investisiyalara, qalan 2 faizi və ya 29 milyonu maliyyə təşkilatlarına investisiyalara yönəlib.

Son dörd il ərzində AYİB Azərbaycanın dövlət və özəl sektorlarında 34 layihənin maliyyələşməsi üçün 857 milyon avro ayırıb.

 





09.01.2021    çap et  çap et