525.Az

Kim Çendən yeni etiraf


 

Kim Çendən yeni etiraf <b style="color:red"></b>

Şimali Koreya lideri Kim Çen In İşçi Partiyasının səkkizinci qurultayında iqtisadi siyasətinin böyük ölçüdə uğursuz olduğunu etiraf edib.

525.az xəbər verir ki, o, həmçinin keçmişdəki "ağrılı təcrübələri" təkrar etməyəcəyini də söyləyib. Şimali Koreya mediasının yazdığına görə, Kim Çen In çıxışında İşçi Partiyasının beş illik iqtisadi planlarının demək olar ki, heç bir sahədə hədəflərinə çatmadığını söyləyib.

Qurultayındakı çıxışında Şimali Koreya lideri, ölkəsinin son 2016-cı ildə keçirilən qurultaydan bəri "möcüzəvi bir zəfər" qazandığını da bildirib. Onun bu sözü ilə nüvə sınaqlarına işarə etdiyi təxmin edilir.

El Roman

 





09.01.2021    çap et  çap et